16 fevral 2026. Bazar ertəsi

“Atalanta”nın hücumçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq


“Atalanta”nın hücumçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq

“Atalanta”nın hücumçusu Cakomo Raspadori ciddi zədə alıb.

90deqiqe.Az-ın "SportMediaset"ə istinadən məlumata görə, futbolçu “Atalanta” – “Latsio” matçı zamanı birinci dərəcəli bud arxası əzələ dartılması ilə üzləşib.

Mənbənin məlumatına görə, Raspadori azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə onun yaxın Çempionlar Liqası oyunlarında iştirakını mümkünsüz edir. Həmçinin futbolçunun martın sonunda keçiriləcək yığmanın pley-off matçlarında oynayıb-oynamayacağı sual altındadır.

“Bu, bizim üçün ciddi zərbədir. Raspadori əla formada idi və həlledici avrokubok oyunları ərəfəsində onu itirmək böyük çağırışdır. Bunun öhdəsindən birlikdə gəlməliyik”, – deyə “Atalanta”nın baş məşqçisi Raffaele Palladino bildirib.

Qeyd edək ki, daha əvvəl komandanın digər futbolçusu – belçikalı Şarl De Ketelare də zədə səbəbindən sıradan çıxıb.







İtaliya S.A.

“Məğlubiyyət mənim səhvimdir”
  • İtaliya S.A.
  • 23:50 14.02.2026
“Məğlubiyyət mənim səhvimdir”
A Seriyasında qonaqların günü
  • İtaliya S.A.
  • 23:18 14.02.2026
A Seriyasında qonaqların günü