- İtaliya S.A.
- 23:02 17.02.2026
“Roma”nın və İtaliya millisinin sabiq hücumçusu Françesko Totti hazırda "Benfika"nı çalışdıran baş məşqçi Joze Mourinyo ilə işləmək arzusunda olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, jurnalist Nikolo Şkira sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Onunla işləmək istərdim. Mourinyu ilə darıxmaq mümkün deyil, o, komandanı idarə etməyi bacarır. İtaliya futbolunda hazırda istedad və çempion ruhlu oyunçular çatışmır. Ümid edirəm ki, gənclər akademiyalarına investisiyalar yenidən artırılacaq və yeni istedadlar yetişəcək. Bu, futbolumuzu yenidən zirvəyə qaytara bilər. Dünya çempionatı? Ümid edək ki, ora vəsiqə qazanacağıq”
Qeyd edək ki, 63 yaşlı Mourinyu 2025-ci ilin sentyabrından “Benfika”ya rəhbərlik edir. Portuqaliyalı mütəxəssis daha əvvəl də bu klubda çalışıb. O, müxtəlif illərdə “Portu”, “Çelsi”, “İnter”, Madrid “Real”ı, “Mançester Yunayted”, “Tottenhem”, “Roma” və “Fənərbağça” kimi komandaların baş məşqçisi olub.