- İtaliya S.A.
- 23:02 17.02.2026
“İnter” müdafiəçisi Alessandro Bastoni İtaliya çempionatında “Yuventus”la oyunda etdiyi hərəkətin səhv olduğunu qəbul edib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sport" futbolçunun dediklərini belə çatdırıb.
“Şənbə günü baş verənlərlə bağlı çox danışılıb. Mən təmas hiss etdim, amma reaksiyam açıq-aydın şişirdilmiş görünür. Buradayam ki, məsuliyyəti üzərimə götürüm. Mən ən çox oyundan çıxarıldıqdan sonra necə davrandığıma görə məyus oldum. Bu barədə danışıram, çünki hər kəs səhv edə bilər, amma hər kəs onu qəbul etməyə borcludur.”
Buna baxmayaraq, İtaliya hakimləri idarəsi hakimin səhv etdiyini etiraf etsə də, Kalulu növbəti oyununu buraxacaq.
Qeyd edək ki, oyunun 42-ci dəqiqəsində həmin oyunçu ilə təmasdan sonra Pierre Kalulu ikinci xəbərdarlığını alıb. Bastoni hadisədən sonra sevincini gizlətməyib, bu isə bir çox azarkeş və yerli mətbuat nümayəndələrinin narazılığına səbəb olub. Bəzi media orqanları hətta onun milli komandadan kənarlaşdırılmasını təklif edib.