- İtaliya S.A.
- 01:50 19.02.2026
İtaliya A Seriyasının 2025/2026 mövsümünün 24-cü turundan təxirə salınmış oyunda "Milan" ilə "Komo" üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, "San Siro" stadionunda keçirilib. Matçın baş hakimi isə Maurizio Mariani olub.
Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşdə hesabı ilk olaraq qonaq komanda açıb. “Komo”nun yarımmüdafiəçisi Nikolas Paz 32-ci dəqiqədə fərqlənərək komandasını önə çıxarıb. Fasilədən sonra meydan sahibləri təzyiqi artırıblar və 64-cü dəqiqədə “Milan”ın hücumçusu Rafael Leau tarazlığı bərpa edib.
Hazırda “Milan”ın aktivində 54 xal var. Komanda 25 oyundan sonra turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider Interdən yeddi xal geri qalır. “Komo” isə 42 xalla altıncı sırada yer alıb.