29 iyun 2026. Bazar ertəsi

"Milan" əsas müdafiəçisini itirmək təhlükəsi ilə üzləşib


"Milan" əsas müdafiəçisini itirmək təhlükəsi ilə üzləşib

"Milan"ın mərkəz müdafiəçisi Straxinya Pavloviç bir neçə matçı buraxmaq riski ilə üzləşib.

90deqiqe.Az-ın "MilanNews"a  istinadən məlumatına görə,serbiyalı futbolçu "Komo" ilə oyundan sonra ayaq biləyində narahatlıq hiss edib. Qarşılaşma zamanı baş verən toqquşma səbəbindən Pavloviç oyunu davam etdirə bilməyib və fasilədə əvəzlənib.

“Milan” rəhbərliyi vəziyyətdən narahatdır – müdafiəçinin ayağında ciddi hematoma yaranıb. Tezliklə Pavloviç tibbi müayinədən keçəcək.

Cari mövsümdə serbiyalı oyunçu bütün turnirlər daxil olmaqla 25 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı