- İtaliya S.A.
- 20:06 21.02.2026
İtaliya A Seriyasının 2025/2026 mövsümünün 26-cı turu çərçivəsində "Yuventus" doğma meydanda "Komo" ilə üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumata görə, Turində yerləşən "Allianz Stadium"da keçirilən qarşılaşmanı baş hakim Daniele Doveri idarə edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı matçın 12-ci dəqiqəsində “Komo”nun müdafiəçisi Mergim Voyvoda açıb. İkinci hissədə, 61-ci dəqiqədə isə yarımmüdafiəçi Maksens Kakeret komandasının üstünlüyünü artırıb. "Komo"ya ispaniyalı mütəxəssis Sesk Fabreqas rəhbərlik edir.
Hazırda “Yuventus” 46 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. 45 xalı olan “Komo” isə altıncı sırada yer alıb.