25 iyun 2026. Cümə axşamı

İtaliya klubunda yeni baş məşqçi


İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın "Torino" klubunun yeni baş məşqçisinin adı bəlli olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Roberto D'Aversa çalışdıracaq. 50 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, “Torino” son turda səfərdə "Cenoa" klubuna 0:3 hesabı ilə məğlub olub. Turin təmsilçisi hazırda A Seriyasının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Təxminən iki il əvvəl D'Aversa "Leççe" klubundan qalmaqallı şəkildə qovulmuşdu. O, "Verona" ilə oyundan sonra rəqib futbolçunu başla sinəsindən vurmuşdu. Həmin epizod Zinəddin Zidanın 2006-cı il Dünya Kubokunun finalında etdiyi məşhur hərəkəti xatırlatmışdı.

Mütəxəssis ötən mövsüm "Empoli" komandasını çalışdırıb.

Qeyd edək ki, “Torino” növbəti oyununu martın 1-də öz meydanında "Latsio" klubuna qarşı keçirəcək.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı