- İtaliya S.A.
- 14:14 24.02.2026
"Lester"lə İngiltərə çempionluğunu qazanan nüfuzlu italyan mütəxəssis Klaudio Ranyeri İtaliya futbolunun əsas problemini izah edib.
90deqiqe.Az xəbər verir ki, "pianetamilan.it" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
"İtaliya futbolunun iki problemi var: pul çatışmazlığı və dövriliyin olmaması. İngiltərə, Almaniya, Fransa kimi bizim də əla, möhtəşəm oyunçularımız var idi. Amma indi onlar yoxa çıxıb və bu, milli komandanın oyunlarında özünü göstərir"
Hazırda Serie A ən yaxşı halda Avropanın üçüncü ən yaxşı liqası hesab olunur, baxmayaraq ki, bəziləri onu hətta Avropanın ən yaxşı beş əsas liqası arasında ən pis çempionat adlandırırlar.
Xatırladaq ki, İtaliya millisi son iki dünya çempionatını buraxıb.