29 iyun 2026. Bazar ertəsi

Roma və Napoli uduzdu, İnter'dən qələbə


Roma və Napoli uduzdu, İnter'dən qələbə

İtaliya A Seriyasında 5-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, bu gün daha 7 görüş baş tutub.

Lider “İnter” öz doğma meydanında “Latsio”nu qəbul edib və yenə minimal hesabla qələbə qazanıb. 

“Napoli” isə “Kalyari” ilə qarşılaşıb. Neapol klubu ev oyununda minimal hesabla uduzub.

“Roma” evdə “Atalanta”ya məğlub olub. “Fiorentina” - “Sampdoriya” matçında isə meydan sahibləri qələbə qazanıb.

İtaliya A Seriyası
5-ci tur

24 sentyabr

Verona – Udineze 0:0

Breşiya – Yuventus 1:2
Qol: Donnarumma, 4 – Kanselyor, 40-öz qapısına. Pyaniç, 63.

25 sentyabr

Roma – Atalanta 0:2
Qol: Sapata, 71. De Run, 90.

Fiorentina – Sampdoriya 2:1
Qol: Petsella, 31. Kyeza, 57 – Bonatsoli, 79.

Cenoa – Bolonya 0:0

İnter – Latsio 1:0
Qol: D`Ambrosio, 23.

Napoli – Kalyari 0:1
Qol: Kastro, 87.

Parma – Sassuolo 1:0
Qol: Burabia, 90+5.

SPAL – Leççe 1:3
Qol: Di Françesko, 17 – Mankosu, 11-pen; 73-pen. Kalderoni, 47.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı