- İtaliya S.A.
- 17:20 25.02.2026
"İnter" Çempionlar Liqasında erkən mübarizəni dayandırıb. Milan klubu pley-off mərhələsində “Budyo-Qlimt” komandası ilə iki görüşdə məğlub olub – səfərdə 1:3, evdə 1:2.
90deqiqe.Az-ın məlumatına görə, buna baxmayaraq, “İnter” rəhbərliyi baş məşqçi Kristian Kivunun işindən razıdır.
Kivunun müqaviləsi yaxın zamanda uzadılacaq. Yeni sözləşmə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulur və əlavə bir mövsüm uzatma opsiyasını əhatə edəcək.
Müqavilə imzalandıqdan sonra Kivunun maaşı artacaq. Baş məşqçi keçən yay “İnter”i çalışdırmağa başlayıb. Hazırda komanda Serie Adə əminliklə liderdir və ikinci pillədəki AC Milandən 10 xal öndədir.