- İtaliya S.A.
- 14:08 27.02.2026
"Milan"ın sabiq futbolçusu Klarens Zeedorf hazırda "Yuventus" klubunda çıxış edən amerikalı yarımmüdafiəçi Veston Makkenni barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "pianetamilan.it" sabiq futbolçunun dediklərini belə çatdırıb.
"Makkenni mənə özümü xatırladır, xüsusən də karyerasının ilk illərində. O, taktiki cəhətdən sağlamdır və komanda üçün çalışmağa hazırdır, həm müdafiədə, həm də hücumda keyfiyyətli oyunçudur", -
Xatırladaq ki, Makkenni əvvəlki gün "Yuventus"a qarşı qol vursa da, bu qol klubun Türkiyənin "Qalatasaray" komandasını məğlub etməsinə kömək etmədi.
Qeyd edək ki, Seedorf İtaliyada üç klubda oynamış və Çempionlar Liqasını üç fərqli klubla qazanmağı bacarmışdı: "Ayaks", "Real Madrid" və "Milan".