16 aprel 2026. Cümə axşamı

"Roma" evdə "Yuventus"la heç-heçə etdi


"Roma" evdə "Yuventus"la heç-heçə etdi

İtaliya A Seriyasının 27-ci turunun "Roma" və "Yuventus" arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "Stadio Olimpiko" stadionunda keçirilən görüş 3-3 hesablı heç-heçə ilə yekunlaşıb.

"Roma"nın müdafiəçisi Uesli Fransa 39-cu dəqiqədə hesabı açıb. Turin hücumçusu Çiko Konseysao 47-ci dəqiqədə bərabərlik qolunu vurub. Müdafiəçi Evan N'Dika 54-cü dəqiqədə ev sahibi komandaya üstünlük qazandırıb. Hücumçu Donyell Malen 65-ci dəqiqədə "Roma"nın üçüncü qolunu vurub. Yarımmüdafiəçi Jeremi Boqa 78-ci dəqiqədə qonaqların fərqini azaldıb. Nəhayət, 90+3-cü dəqiqədə müdafiəçi Federiko Qatti "Yuventus"a heç-heçə qazandırıb.

27 Seriya A oyunundan sonra "Roma" 51 xalla dördüncü yerdədir. "Qoca Sinyora" isə 47 xalla altıncı yerdədir.

"Roma" növbəti oyununu 8 martda "Cenoa" ilə keçirəcək. Bir gün əvvəl isə "Yuventus" "Pisa" ilə qarşılaşacaq.







İtaliya S.A.

"İnter" hələ çempion deyil"
  • İtaliya S.A.
  • 23:49 13.04.2026
"İnter" hələ çempion deyil"
“Napoli”dən xal itkisi
  • İtaliya S.A.
  • 19:15 12.04.2026
“Napoli”dən xal itkisi