- İtaliya S.A.
- 14:14 03.03.2026
21 yaşlı yarımmüdafiəçi Nikolas Pas gələcək karyerası ilə bağlı qərar ərəfəsindədir.
90deqiqe.Az-ın “Tuttosport”a istinadən məlumatına görə, hazırda “Komo”nun formasını geyinən futbolçu Madrid “Real”ına mümkün dönüşlə bağlı tərəddüd yaşayır.
Daha əvvəl dəfələrlə bildirilmişdi ki, “Real” cari mövsüm başa çatdıqdan sonra öz yetirməsini geri qaytarmağı planlaşdırır. Lakin mənbənin iddiasına əsasən, Pas yalnız əsas heyətdə müntəzəm çıxış edəcəyinə dair təminat alacağı təqdirdə Madrid klubuna qayıtmağa razı olacaq. Gənc futbolçu komandada önəmli rol oynamaq niyyətindədir.
Bildirilir ki, yaranmış vəziyyətdən Milan “İnter”i yararlana bilər. İtaliya nəhəngi argentinalı futboçuya sabit oyun praktikası vəd etməyə hazırdır.
Qeyd edək ki, argentinalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər daxil olmaqla 29 oyunda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.