- İtaliya S.A.
- 23:33 05.03.2026
İtaliyalı yarımmüdafiəçi Cakomo Bonaventura peşəkar karyerasını bitirib.
90deqiqe.Az xəbər verir ki, Bonaventura 17 il boyunca peşəkar səviyyədə çıxış edib və əsasən İtaliyada forma geyinib.
O, "Atalanta", "Milan", "Fiorentina" və bir sıra digər, daha az tanınan klublarda oynayıb.
"Atalanta"ilə Serie B-ni qazanmış, "Milan" ilə isə İtaliya Superkubokunu əldə edib. Serie A-da ümumilikdə 64 qol vurub və 56 məhsuldar ötürmə verib.
İtaliya milli komandasında Bonaventura 18 oyuna çıxıb və 1 qol vurub. 34 yaşında A millisində fərqlənən ən yaşlı futbolçu olub.
Karyerasının son illərində Bonaventura Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunda bir mövsüm çıxış edib.