7 mart 2026. Şənbə

Alleqri "Real"ı çalışdırmaqdan imtina etdi


Alleqri "Real"ı çalışdırmaqdan imtina etdi

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri Madriddəki “Real” klubuna keçidi barədə yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano çalışdırıcının dediklərini belə çatdırıb.

“Milan"da xoşbəxtəm və mənim klubla müqaviləm 2027-ci ilə qədər qüvvədədir. Klub gələn il heyəti gücləndirmək üçün bütün səylərini göstərir”

58 yaşlı mütəxəssis keçən yay “Milan”ın baş məşqçisi təyin olunub və iki illik müqavilə imzalayıb. İtaliya Serie A çempionatının 27 turundan sonra “rossoneri” ikinci pillədə qərarlaşıb və 57 xal toplayıb. Lider “İnter”dən isə 10 xal geri qalırlar.

Martın 8-də “Milan” 28-ci turun çərçivəsində “İnter”lə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.







İtaliya S.A.

“Alleqri əvvəlki kimidir, amma..."
  • İtaliya S.A.
  • 22:18 06.03.2026
“Alleqri əvvəlki kimidir, amma..."
Bonaventura karyerasını başa vurdu
  • İtaliya S.A.
  • 23:33 05.03.2026
Bonaventura karyerasını başa vurdu
"Udineze"yə üç qol hədiyyə etdik”
  • İtaliya S.A.
  • 14:14 03.03.2026
"Udineze"yə üç qol hədiyyə etdik”