8 mart 2026. Bazar günü

“İnter” “Milan”ın əks-hücumlarını taktiki qayda pozuntuları ilə dayandırmalıdır"


“İnter” “Milan”ın əks-hücumlarını taktiki qayda pozuntuları ilə dayandırmalıdır"

Hər iki Milan klubunun sabiq hücumçusu Kristian Vieri hesab edir ki, “İnter” komandası “Milan”ın əks-hücumlarını dayandırmaq üçün taktiki qayda pozuntularından istifadə etməlidir.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, onun sözlərinə görə, Massimiliano Alleqrinin rəhbərlik etdiyi “Milan” əks-hücumları çox yaxşı qurur və bu baxımdan rəqiblər üçün təhlükəlidir.

“Birinci dövrədə ‘Milan’ əks-hücumlar hesabına qalib gəldi. Düşünürəm ki, Kristian Kivu həmin məğlubiyyətdən nəticə çıxarıb. O, komandanın müdafiədən hücuma və hücumdan müdafiəyə keçid mərhələləri üzərində daha çox işləyəcək. Bəlkə də ağıllı taktiki qayda pozuntularından istifadə edəcək. Mən həmişə bunu yerində addım hesab etmişəm”

Qeyd edək ki, Kristian Vieri peşəkar futbolçu karyerasını 2009-cu ildə başa vurub.







İtaliya S.A.

“Yuventus”dan darmadağın
  • İtaliya S.A.
  • 01:51 08.03.2026
“Yuventus”dan darmadağın
“Alleqri əvvəlki kimidir, amma..."
  • İtaliya S.A.
  • 22:18 06.03.2026
“Alleqri əvvəlki kimidir, amma..."
Bonaventura karyerasını başa vurdu
  • İtaliya S.A.
  • 23:33 05.03.2026
Bonaventura karyerasını başa vurdu