22 aprel 2026. Çərşənbə

“Yuventus”dan darmadağın


“Yuventus”dan darmadağın

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində növbəti oyun keçirilib.

90deqiqe.Az xəbər verir ki,  “Yuventus” doğma meydanda “Piza” ilə qarşılaşıb.

Turin şəhərində yerləşən “Alyans” stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab ikinci hissədə açılıb. Oyunun 54-cü dəqiqəsində Turin təmsilçisinin müdafiəçisi Andrea Kambyazo fərqlənərək komandasını önə keçirib.

65-ci dəqiqədə yarımmüdafiəçi Kefren Tyuram “Yuventus”un üstünlüyünü artırıb. 75-ci dəqiqədə hücumçu Kenan Yıldız üçüncü qolu vuraraq hesabı darmadağına çevirib.

Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə – 90+4-cü dəqiqədə Jeremi Boqa fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib – 4:0.

Bu nəticədən sonra “Piza” 28 oyundan sonra topladığı 15 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb. “Yuventus” isə 50 xalla altıncı sırada yer alır.







İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı