14 avqust 2026. Cümə

“Cenoa” doğma meydanda “Roma”nı məğlub etdi


“Cenoa” doğma meydanda “Roma”nı məğlub etdi

Futbol üzrə İtaliya A Seriyasının 28-ci turunda “Cenoa” və  “Roma” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Luisi Ferraris stadionunda keçirilib. Oyunun baş hakimi Andrea Kolombo olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab ikinci hissədə açılıb. “Cenoa” nın hücumçusu Junior Messias 52-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını irəli çıxarıb.

Bundan üç dəqiqə sonra – 55-ci dəqiqədə  “Roma”nın müdafiəçisi Evan N'Dika hesabı bərabərləşdirib. Qarşılaşmada son sözü isə 80-ci dəqiqədə “Cenoa”nın hücumçusu Vitor Oliveyra deyib və komandasına qələbə qazandıran qolu vurub.

28 turdan sonra  “Roma” 51 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Cenoa” isə 30 xalla 13-cü yerdədir.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"