9 mart 2026. Bazar ertəsi

“Milan” derbidə “İnter”i minimal hesabla məğlub etdi


“Milan” derbidə “İnter”i minimal hesabla məğlub etdi

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində keçirilən Milan derbisində "Milan" və "İnter" komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma San Siro stadionunda baş tutub. Matçın baş hakimi isə Daniele Doveri olub.

Gərgin keçən oyunda qələbə minimal hesabla “rossoneri”lərin payına düşüb – 1:0.

Matçın taleyini həll edən yeganə qolu 35-ci dəqiqədə “Milan”ın müdafiəçisi Pervis Estupiñán vurub. Görüşün 68-ci dəqiqəsində isə “İnter”in müdafiəçisi Alessandro Bastoni zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.

Bu qələbə sayəsində “Milan” xalını 60-a çatdıraraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “İnter”lə xal fərqini azaldıb. “Neradzurri”nin aktivində isə hazırda 67 xal var və komanda çempionata başçılıq edir.

Növbəti turda “Milan” səfərdə Lazio ilə qarşılaşacaq (15 mart). “İnter” isə öz meydanında Atalantanı qəbul edəcək (14 mart).







İtaliya S.A.

"Onlar bizə həsəd aparırlar, amma..."
  • İtaliya S.A.
  • 23:51 08.03.2026
"Onlar bizə həsəd aparırlar, amma..."
“Yuventus”dan darmadağın
  • İtaliya S.A.
  • 01:51 08.03.2026
“Yuventus”dan darmadağın