24 aprel 2026. Cümə

Lokattelli “Yuventus”la yeni müqavilə imzalamağa yaxındır


Lokattelli “Yuventus”la yeni müqavilə imzalamağa yaxındır

İtaliya millisinin yarımmüdafiəçisi Manuel Lokattelli “Yuventus” klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, yeni anlaşmanın futbolçunun 2030-cu ilə qədər komandada qalmasına imkan verəcəyi gözlənilir.

Yeni müqaviləyə əsasən yarımmüdafiəçinin illik maaşı 3,8–4 milyon avro arasında olacaq.

Bir neçə Premyer Liqa klubu istedadlı oyunçu ilə maraqlansa da, o, bundan imtina edib və karyerasını Turində davam etdirmək niyyətində olduğunu bildirib.

Lokatelli "Yuventus"a 2021-ci ildə "Sassuolo"dan keçib (ilk iki il icarə əsasında olub). Bu mövsüm 28 yaşlı futbolçu klubda 37 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.

 







İtaliya S.A.

“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”
“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"