25 aprel 2026. Şənbə

Ximenes yaşıl meydanlara qayıtmağa çox yaxındır


Ximenes yaşıl meydanlara qayıtmağa çox yaxındır

"Milan”ın mərkəz hücumçusu San­tiyaqo Ximenes tezliklə komandaya qayıda bilər.

90deqiqe.Az-ın "MilanNews"a istinadən məlumatına görə, meksikalı futbolçu uzun müddətlik fasilədən sonra çərşənbə günü ilk məşqini keçirib.

Ximenes oktyabrın sonunda ayaq biləyindən zədə almış və əməliyyat olunmuşdu. Bir neçə gün ərzində “rossoneri”nin tibbi heyəti forvardın Seria A-nın 29-cu turunda “Latsio” ilə qarşılaşmaya hazır olub-olmamasına qərar verəcək.

Cari mövsümdə 24 yaşlı futbolçu 11 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Milan”la müqaviləsi 2029-cu ilin iyun ayında başa çatacaq. Hazırda komanda Seria A çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.







İtaliya S.A.

Bremer "Yuventus"da qalmaq istəyir
  • İtaliya S.A.
  • 16:50 25.04.2026
Bremer "Yuventus"da qalmaq istəyir
“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”