13 mart 2026. Cümə

“Ronaldo ilk günlərində elə təsir bağışladı ki, sanki yadplanetli gəlib”


“Ronaldo ilk günlərində elə təsir bağışladı ki, sanki yadplanetli gəlib”

İtaliyanın "Bolonya" klubunun futbolçusu Federiko Bernardeski “Yuventus”da Kriştiano Ronaldo ilə birgə çıxış etdiyi dövrləri xatırlayıb.

90deqiqe.Az xəbər verir ki, "Al Nassr Zone" futbolçunun dediklərini belə çatdırıb.

"Ronaldonun transferindən sonrakı ilk günləri? Sanki soyunma otağına yadplanetli gəlmişdi. Onun xüsusi aurası, əzəmət hissi var. Biz "Bu, həqiqətən də odurmu?" deyə düşündük. Uzun müddət buna inanmaq çətin idi. Hamı onunla, necə davranması ilə, nə qədər mehriban olması ilə maraqlanırdı. Kriştiano gözləntilərimi 100% doğrultdu, hətta onları aşdı"

İtalyan futbolçu 2017-ci ildən 2022-ci ilə qədər "qoca sinyora"nın şərəfini qoruyub. Portuqaliyalı ulduz 2022-ci ilin eyni yayında Turin klubundan ayrılıb və 2018-ci ildə "Real Madrid"dən transfer olub.

Ronaldo 2023-cü ildən bəri Səudiyyə Ərəbistanında "Əl-Nassr"da oynayır. 







İtaliya S.A.

Adrian Rabyo növbəti matçı buraxacaq
  • İtaliya S.A.
  • 23:44 10.03.2026
Adrian Rabyo növbəti matçı buraxacaq
"Onlar bizə həsəd aparırlar, amma..."
  • İtaliya S.A.
  • 23:51 08.03.2026
"Onlar bizə həsəd aparırlar, amma..."