- İtaliya S.A.
- 14:50 13.03.2026
"Latsio"nun baş məşqçisi Mauritsio Sarri cari mövsümün sonunda postundan ayrıla bilər.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı ilə "qartallar" rəhbərliyi arasında münasibətlər ciddi şəkildə pisləşib. Tərəflər, çox güman ki, onun 2028-ci ilə qədər olan müqaviləsini bu yayın əvvəlində ləğv edəcəklər.
İtaliya A Seriyasında 28 oyundan sonra Roma komandası 37 xalla turnir cədvəlində onuncu yerdədir. Sarrinin komandası növbəti liqa oyununu evdə "Milan"a qarşı keçirəcək.