- İtaliya S.A.
- 23:30 15.03.2026
“Latsio”un baş məşqçisi Maurisio Sarri komandasının qarşıdakı oyununun çətinliyini dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Milan"ın çox güclü tərəfləri var, komandaya heyran qalırsan, hətta göründüyü kimi oyuna tam nəzarət etməsələr də. Onların texniki və fiziki keyfiyyətləri əla səviyyədədir. Biz rəqibə tam oyun imkanını verməməliyik”.
Baş məşqçi əlavə edib ki, “Latsio” üçün əsas vəzifə rəqibi cərimə meydançasına yaxın buraxmamaqdır. Lakin Sarri vurğulayıb ki, bunu həyata keçirmək çox çətin olacaq.
Bu gün, Roma klubu Seriya A-nın 29-cu turu çərçivəsində “Milan”i qəbul edəcək.Hazırda komanda İtaliya çempionatının turnir cədvəlində 10-cu pillədədir və 37 xal toplayıb.