17 mart 2026. Çərşənbə axşamı

“Leççe”nin futbolçusu xəstəxanadan buraxıldı


“Leççe”nin futbolçusu xəstəxanadan buraxıldı

 “Leççe” klubunun hücumçusu Lamek Banda xəstəxanadan evə buraxılıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu İtaliya çempionatında “Napoli” və “Leççe” komandaları arasında keçirilən matç zamanı özünü pis hiss edib. Qarşılaşmanın sonlarında meydanda yerə yıxılan oyunçunun səhhətində pisləşmə və qarın nahiyəsində ağrılar qeydə alınıb.

Zambiya millisinin üzvü meydandan xərəkdə çıxarılaraq xəstəxanaya aparılıb. Xoşbəxtlikdən, o, qısa müddətdə huşuna gəlib. Müayinə və nəzarətdən sonra həkimlər futbolçunu təcili yardım şöbəsindən buraxıblar.

Xəstəxanadan çıxdıqdan sonra hücumçu 400 kilometr yol qət edərək övladının dünyaya gəlməsinə çatıb. İtaliya A Seriyası təmsilçisi sosial şəbəkə hesabında onu təbrik edib və futbolçu üçün son həftəsonunun olduqca emosional keçdiyini vurğulayıb.

 







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə