- İtaliya S.A.
- 23:33 20.03.2026
İtaliya A seriyasının 30-cu turunda "Kalyari" ilə "Napoli" arasında keçirilən qarşılaşma başa çatıb.
90deqiqe.Az xəbər verir ki, "Unipol Domus" stadionunda oynanılan görüşü baş hakim Mauritsio Mariani idarə edib. Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.
Görüşdə yeganə qolu ikinci dəqiqədə Skott Maktominey vurub. Şotlandiyalı yarımmüdafiəçi komandasını erkən önə çıxarıb.
Bu nəticədən sonra “Kalyari” 30 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Napoli” isə 62 xalla ikinci sıradadır. Çempionatda liderliyi 68 xalla İnter qoruyur.