14 avqust 2026. Cümə

"Milan"dan çətin qələbə


 "Milan"dan çətin qələbə

İtaliya A Seriyasının 30-cu turunda "Milan" doğma meydanda "Torino" ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, “San Siro” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 37-ci dəqiqədə Strahinya Pavloviç açıb. Lakin qonaqlar tezliklə cavab veriblər – 44-cü dəqiqədə Covanni Simeone tarazlığı bərpa edib.

İkinci hissədə “Milan” üstünlüyü ələ alıb. 54-cü dəqiqədə Adrien Rabyo komandasını önə keçirib, iki dəqiqə sonra isə Yussuf Fofana fərqi artırıb.

85-ci dəqiqədə Nikola Vlaşiç penaltidən dəqiq zərbə ilə hesab arasındakı fərqi azaltsa da, bu qol “Torino”nu məğlubiyyətdən xilas etməyib.

Bu nəticədən sonra “Milan” xallarının sayını 63-ə çatdıraraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider "İnter"dən 5 xal geri qalır.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"