22 mart 2026. Bazar günü

Arkadiuş Milik 665 gün sonra yaşıl meydanlara qayıdıb


Arkadiuş Milik 665 gün sonra yaşıl meydanlara qayıdıb

“Yuventus”un mərkəz hücumçusu Arkadiuş Milik uzun müddət zədələr səbəbindən meydanlardan uzaq qaldıqdan sonra yenidən yaşıl meydanlara qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı hücumçu 30-cu turun İtaliya çempionatında “Sassuolo” ilə keçirilən qarşılaşmada (1:1) son 11 dəqiqədə meydana çıxıb.

“Sassuolo” oyunu Milikin 2024-cü il 24 may tarixində “Montsa”ya qarşı keçirdiyi son matçdan sonra ilk çıxışı olub. Cari mövsümdə o, üç dəfə ehtiyat oyunçu kimi siyahıda yer alıb.

Milik 2022-ci ildən “Yuventus”da çıxış edir, əvvəlki mövsümü isə icarə əsasında “Marsel”də keçirmişdi. Onun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir, bazar qiyməti isə Transfermarkt portalına görə 1,5 milyon avro qiymətləndirilir.







İtaliya S.A.

 "Milan"dan çətin qələbə
  • İtaliya S.A.
  • 23:04 21.03.2026
"Milan"dan çətin qələbə
"Napoli"yə bir qol bəs etdi
  • İtaliya S.A.
  • 23:33 20.03.2026
"Napoli"yə bir qol bəs etdi