- İtaliya S.A.
- 23:24 22.03.2026
İtaliya çempionatının 30-cu turu çərçivəsində keçirilən oyunlarda maraqlı nəticələr qeydə alınıb.
90deqiqe.Az xəbər verir ki, "Komo" doğma meydanda "Piza" üzərində inamlı qələbə qazanaraq favorit statusunu doğruldub – 5:0. Görüşün ilk yarım saatı tamam olmamış ev sahibləri iki top fərqi ilə önə keçib. 7-ci dəqiqədə Assane Diao hesabı açıb, 29-cu dəqiqədə isə o, Anastasios Duvikasa məhsuldar ötürmə verib. Fasilədən dərhal sonra Komo üstünlüyünü daha da artırıb – bu dəfə Martin Baturina fərqlənib. 75-ci dəqiqədə Nikolas Pasın qoluna Alberto Moreno assist edib. Oyunun sonlarında Maksimo Perrone yekun hesabı müəyyənləşdirib.
Digər qarşılaşmada "Bolonya" öz meydanında "Latsio" ilə üz-üzə gəlib və 0:2 hesabı ilə məğlub olub. İlk hissədə tərəflər hücum etsə də, hesab açılmayıb. Matçın taleyi son dəqiqələrdə həll olunub. 72-ci dəqiqədə Kennet Teylor hesabı açıb, 82-ci dəqiqədə isə dubl edərək komandasına qələbə qazandırıb.
"Latsio" 43 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb, "Bolonya" isə 42 xalla 9-cudur.
"Atalanta" isə evdə "Verona" üzərində minimal hesablı qələbə qazanıb – 1:0. Oyunda yeganə qol 37-ci dəqiqədə Davide Dzappakostanın vurduğu dəqiq zərbə ilə qeydə alınıb.
Turun digər matçında "Roma" doğma meydanda "Leççe" üzərində 1:0 hesablı qələbə qazanıb. İlk hissədə hesab açılmayıb. Qarşılaşmanın taleyini 57-ci dəqiqədə Robinyo Vazın vurduğu qol həll edib. Bu epizodda assist Mario Ermosoya məxsus olub.
"Roma" 54 xalla 6-cı pillədə yer alır. "Leççe" isə 27 xalla 18-ci sıradadır.