23 mart 2026. Bazar ertəsi

“Fiorentina” – “İnter” oyununda qalib müəyyənləşmədi


“Fiorentina” – “İnter” oyununda qalib müəyyənləşmədi

İtaliya çempionatının 30-cu turunda “Fiorentina” ilə “İnter” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə,  Florensiya şəhərində yerləşən “Artemio Franki” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 

Matçda hesab çox erkən açılıb. Qarşılaşmanın birinci dəqiqəsində qonaq komandanın hücumçusu Françesko Espozito fərqlənərək “İnter”i hesabda önə keçirib.

Ev sahibləri hesabı yalnız ikinci hissədə bərabərləşdirə biliblər. Oyunun 77-ci dəqiqəsində yarımmüdafiəçi Şer Ndur dəqiq zərbə ilə hesabı bərabərləşdirib – 1:1.

Qeyd edək ki, “İnter” ardıcıl üçüncü oyunda xal itirib. Milan təmsilçisi daha əvvəl Milan komandasına 0:1 hesabı ilə uduzub, Atalanta ilə isə 1:1 hesablı heç-heçə edib.

Hazırda “Fiorentina”nın 29 xalı var və komanda turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. “İnter” isə 69 xalla birinci yerdədir.







İtaliya S.A.

 "Milan"dan çətin qələbə
  • İtaliya S.A.
  • 23:04 21.03.2026
"Milan"dan çətin qələbə
"Napoli"yə bir qol bəs etdi
  • İtaliya S.A.
  • 23:33 20.03.2026
"Napoli"yə bir qol bəs etdi