10 may 2026. Bazar günü

Hakan Çalhanoğlu “İnter”ə keçidinin səbəbini açıqladı


Hakan Çalhanoğlu “İnter”ə keçidinin səbəbini açıqladı

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu vaxtilə məhz “neradzurri”yə keçmək qərarını niyə verdiyini açıqlayıb.

 

90deqiqe.Az xəbər verir ki, jurnalist Nikolo Şira türk futbolçunun dediklərini belə çatdırıb.

“Biz son dəqiqəyə qədər ‘Milan’ın müqavilənin uzadılması ilə bağlı təklif verməsini gözlədik, lakin belə bir təklif gəlmədi. Həmin anda ‘Barselona’ və ‘Yuventus’ maraq göstərirdi. Daha sonra ‘İnter’ ortaya çıxdı. Simone İnzaqi mənə davamlı zəng edirdi, o, məni komandasında görməyi çox istəyirdi və mən razılaşdım”, – deyə Çalhanoğlu bildirib.

Xatırladaq ki, Hakan Çalhanoğlu 2021-ci ildə azad agent kimi “Milan”dan “İnter”ə keçib. Cari mövsümdə türkiyəli futbolçu 26 oyunda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.







İtaliya S.A.

De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”