27 mart 2026. Cümə

“Yuventus” Federiko Qatti ilə bağlı qərarını verdi


“Yuventus” Federiko Qatti ilə bağlı qərarını verdi

“Yuventus”un müdafiəçisi Federiko Qatti bu yay klubu tərk edə bilər.

90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə,Turin klubu artıq 27 yaşlı futbolçunun yerinə başqa oyunçu tapmaq variantlarını nəzərdən keçirir. İngiltərə Premyer Liqası komandaları müdafiəçi ilə müqavilə imzalamaqda maraqlı olduqlarını bildiriblər.

"Yuventus" Qatti ilə təxminən 20 milyon avroya ayrılmağa hazırdır. Federiko Qatti 2022-ci ildə "Frozinone"dən "Yuventus"a 9 milyon avroya keçib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

Bu mövsüm müdafiəçi Turin klubunun heyətində bütün yarışlarda 23 oyunda iştirak edib və dörd qol vurub. "Transfermarkt" Qattinin dəyərini 16 milyon avro qiymətləndirir.







İtaliya S.A.

 "Milan"dan çətin qələbə
  • İtaliya S.A.
  • 23:04 21.03.2026
"Milan"dan çətin qələbə