30 mart 2026. Bazar ertəsi

“Yuventus” fransalı futbolçu ilə yollarını ayıra bilər


“Yuventus” fransalı futbolçu ilə yollarını ayıra bilər

“Yuventus”un yarımmüdafiəçisi Kefren Tyuram bu yay komandanı tərk edə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin klubu mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, fransalı futbolçunun satışı gündəmə gələ bilər.

Bildirilir ki, “Yuventus” maliyyə balansını qorumaq məqsədilə yarımmüdafiəçi ilə yollarını ayırmağa hazırdır.

Kefren Tyuram 2024-cü ildə “Nitsa” klubundan 20 milyon avro qarşılığında “Yuventus”a transfer olunub. Onun müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

Cari mövsümdə Tyuram Turin təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 38 oyunda meydana çıxıb. O, bu matçlarda 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.







İtaliya S.A.