21 may 2026. Cümə axşamı

“İnter” müdafiəçisini itirdi


“İnter” müdafiəçisini itirdi

“İnter"in mərkəz müdafiəçisi Yann-Orel Bissek yaxın oyunlarda komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az "Sky Italia"ya istinadən xəbər verir ki, almaniyalı futbolçuda sağ budun arxa əzələlərində yüngül dartılma aşkarlanıb.

Əzələ zədəsi səbəbindən Bissek A seriyasının 31-ci turunda “Roma”ya qarşı keçiriləcək oyunu buraxacaq. Müdafiəçinin 32-ci turda “Komo” ilə qarşılaşmada da iştirak etməmək ehtimalı var.

Qeyd edək ki, Bissek 2023-cü ilin yayından “İnter”də çıxış edir. O, cari mövsümdə komandanın heyətində 30 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

“Fiorentina”da ciddi itki
  • İtaliya S.A.
  • 23:30 18.05.2026
“Fiorentina”da ciddi itki
“Latsio” Sarriyə əvəzləyici tapıb
  • İtaliya S.A.
  • 22:54 18.05.2026
“Latsio” Sarriyə əvəzləyici tapıb
Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”