- İtaliya S.A.
- 22:55 03.04.2026
İtaliya A Seriyasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu ada “Komo”nun baş məşqçisi Sesk Fabreqas layiq görülüb. Bu barədə İtaliya çempionatının mətbuat xidməti məlumat yayıb.
Ötən ay 38 yaşlı ispan mütəxəssisin rəhbərlik etdiyi komanda A Seriyasında keçirdiyi üç oyunun hamısında qələbə qazanıb. “Komo” “Kalyari”ni (2:1), “Roma”nı (2:1) və “Piza”nı (5:0) məğlub edib.
Hazırda “Komo” İtaliya çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda 30 turdan sonra aktivində 57 xal toplayıb.
Qeyd edək ki, “Komo” aprelin 6-da A Seriyasının 31-ci turu çərçivəsində səfərdə “Udineze” ilə üz-üzə gələcək.