26 sentyabr 2026. Şənbə

"Fiorentina"ya bir qol bəs etdi


"Fiorentina"ya bir qol bəs etdi

İtaliya A Seriyasının 31-ci turu çərçivəsində "Verona" öz meydanında "Fiorentina" komandasını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.

Birinci hissədə tərəflər hesabı aça bilməyib. Qarşılaşmanın taleyi 82-ci dəqiqədə həll olunub. Nikolo Fadçoli dəqiq zərbə ilə komandasına qələbə qazandırıb. Bu qolda assisti Cek Harrison verib.

Oyunun sonlarında hər iki komanda azlıqda qalıb. 86-cı dəqiqədə Tomaş Suslov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan bir qədər sonra Albert Qudmundsson da eyni aqibətlə üzləşib.

Bu nəticədən sonra "Fiorentina" 32 xalla turnir cədvəlinin 15-ci pilləsinə yüksəlib. "Verona" isə 18 xalla 19-cu yerdə qərarlaşıb.







İtaliya S.A.