7 aprel 2026. Çərşənbə axşamı

“İnter”ə uduzmaq olar, amma belə hesabla yox"


“İnter”ə uduzmaq olar, amma belə hesabla yox"

“Roma”nın baş məşqçisi Can-Pyero Qasperini İtaliya A Seriyasının 31-ci turunda “İnter”ə 2:5 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Football Italia" çalışdırıcının dediklərini belə çatdırıb.

“Matçın ilk saniyələrində qol buraxmaq asan deyildi, lakin bundan sonra yaxşı “Roma” gördüm. Fasilədən əvvəl buraxılan qol isə mənəvi cəhətdən ciddi zərbə oldu. Xüsusilə üçüncü qol bizi tam sarsıtdı və həmin andan sonra həqiqətən çətinlik çəkdik.

Birinci hissədə yaxşı “Roma” gördüm. Yekun hesab vəziyyəti daha da pis göstərir, amma etiraf etməliyəm ki, oyun üçüncü qoldan sonra bitdi və çox güclü “İnter” komandasına hörmət etməliyik.

Müxtəlif oyunlarımız olub və çıxışımız ümumilikdə yaxşı idi. Bu gün ikinci hissəni zəif keçirdik, mənəvi durum açıq şəkildə aşağı düşdü. “İnter”ə səfərdə uduzmaq olar, amma belə hesabla yox. İndi qarşıda iki ev oyunumuz var və yaxşı nəticələr qazanmağa ümid edirik”, – deyə Qasperini bildirib.

Hazırda “İnter” İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. Komandanın aktivində 31 oyundan sonra 72 xal var. “Roma” isə 54 xalla altıncı pillədə qərarlaşıb.

Növbəti turda “İnter” aprelin 12-də “Komo” ilə, “Roma” isə aprelin 10-da “Piza” ilə qarşılaşacaq.







İtaliya S.A.

“Yuventus”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:11 06.04.2026
“Yuventus”dan inamlı qələbə
Konte İtaliya millisinə qayıda bilər
  • İtaliya S.A.
  • 22:27 05.04.2026
Konte İtaliya millisinə qayıda bilər
"Bastoni "İnter"də xoşbəxtdir"
  • İtaliya S.A.
  • 23:54 04.04.2026
"Bastoni "İnter"də xoşbəxtdir"
“Milan"dan ayrılmıram”
  • İtaliya S.A.
  • 23:22 04.04.2026
“Milan"dan ayrılmıram”