- İtaliya S.A.
- 23:36 06.04.2026
Portuqaliyalı hücumçu Rafael Leau “Milan” üçün hələ də önəmli oyunçudur və klub onun satışını nəzərdən keçirmir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “rossoneri”nin idman direktoru İgli Tare açıqlama verib. O, futbolçunun oyunlardakı uğursuzluqlarını zədələrlə izah edib.
“Onun müqaviləsi hələ iki il qüvvədədir və o, bizim üçün çox önəmlidir. Bacarığı şübhə doğurmur, mövsüm isə zədələr səbəbindən qarışıq keçdi”, – deyə Tare bildirib.
Qeyd edək ki, 2025/2026 mövsümündə Leau bütün klub turnirlərində 24 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Əvvəlki xəbərlərdə isə “Milan”ın futbolçudan imtina etməyi planlaşdırdığı bildirilmişdi.