5 dekabr 2025. Cümə

Roma və Napoli'dən qələbə, Milan uduzdu


Roma və Napoli'dən qələbə, Milan uduzdu

İtaliya A Seriyasında 6-cı turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bu günə təsadüf edib.

Son turda öz meydanında “Kalyari”yə məğlub olan “Napoli” “Breşiya”nı qəbul edib və çətin qələbə qazanıb. 

Ötən tur ilk məğlubiyyətini alan "Roma" da səfərdə "Leççe"ni minimal hesabla məğlub edib.

Turun maraqla gözlənilən qarşılaşmasında “Milan” “Fiorentina” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qonaqlar inamlı qələbə qazanıb.

İtaliya A Seriyası
6-cı tur

28 sentyabr

Yuventus – SPAL 2:0
Qol: Pyaniç, 45. Ronaldo, 78.

Sampdoriya – İnter 1:3
Qol: Yankto, 55 – Sensi, 20. A.Sançes, 22. Qalyardini, 61.

Sassuolo – Atalanta 1:4
Qol: Defrel, 62 – A.Qomes, 6; 29. Qosens, 13. Sapata, 35.

29 sentyabr

Napoli – Breşiya 2:1
Qol: Mertens, 13. Manolas, 45+4 – Balotelli, 67.

Leççe – Roma 0:1
Qol: Dzeko, 56.

Latsio – Cenoa 4:0
Qol: Milinkoviç-Saviç, 7. Radu, 40. Kaysedo, 59. İmmobile, 78.

Udineze – Bolonya 1:0
Qol: Okaka, 27.

Kalyari – Verona 1:1
Qol: J.Pedro, 29 – Faraoni, 66.

Milan – Fiorentina 1:3
Qol: Leao, 80 – Pulqar, 14-pen. Kastrovilli, 66. Riberi, 78.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”