9 aprel 2026. Cümə axşamı

“Artıq futbolu əvvəlki kimi sevmirəm”


“Artıq futbolu əvvəlki kimi sevmirəm”

"Napoli"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne futbola əvvəlki kimi böyük sevgi hiss etmədiyini etiraf edib.

90deqiqe.Az xəbər verir ki, "The Touchline" 34 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Artıq futbolu əvvəlki kimi sevmirəm. Düşünürəm ki, bu normaldır – 30 yaşdan sonra insan istənilən işdə olduğu kimi marağını qismən itirir”, – deyə o qeyd edib.

Xatırladaq ki, Kevin De Bruyne ötən yay "Mançester Siti"dən “Napoli”yə transfer olunub.

O, Neapol təmsilçisinin heyətində bu mövsüm bütün yarışlarda 15 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.







İtaliya S.A.

“Yuventus”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:11 06.04.2026
“Yuventus”dan inamlı qələbə
Konte İtaliya millisinə qayıda bilər
  • İtaliya S.A.
  • 22:27 05.04.2026
Konte İtaliya millisinə qayıda bilər