10 aprel 2026. Cümə

"Ximenesə komandada yer axtarıram"


"Ximenesə komandada yer axtarıram"

İtaliyanın “Milan” klubunun baş məşqçisi Massimiliano Alleqri hücumçu Santyaqo Ximenes barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, meksikalı futbolçunun altı ay zədə səbəbindən yaşıl meydanlardan uzaq qaldığını bildirən mütəxəssis onun hazırda bərpa prosesini uğurla davam etdirdiyini vurğulayıb:

“Ximenes altı ay oynamadı. Hazırda çalışır, yaxşı formadadır, həm fiziki, həm də psixoloji baxımdan özünə gəlib. Gələcəkdə nə olacağını bilmirəm, amma onun xüsusiyyətlərini və hazırkı durumunu nəzərə alaraq komandada yer tapmağa çalışıram. Hücum xəttindəki oyunçularıma inanıram, lakin qolları digər futbolçular da vura bilər”.

Hazırda “Milan” İtaliya A Seriyasında üçüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

"Ximenesə komandada yer axtarıram"
  • İtaliya S.A.
  • 21:25 10.04.2026
"Ximenesə komandada yer axtarıram"