10 aprel 2026. Cümə

"İnter"in hücumçusu yenidən zədələndi


"İnter"in hücumçusu yenidən zədələndi

İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martines yenidən zədə səbəbindən komandanın düşərgəsində sıradan çıxıb.

 90deqiqe.Az xəbər verir ki, argentinalı forvard təxminən 15–20 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, komandanın kapitanı bir neçə oyunu buraxacaq və ayın sonuna doğru sıraya dönəcək.

Qeyd edək ki, Milan təmsilçisi argentinalı futbolçunun zədələndiyini təsdiqləsə də, onun bərpa müddəti ilə bağlı dəqiq məlumat açıqlamayıb.

Əlavə edək ki, Martines İtaliya A Seriyasının son turunda “Roma”ya qarşı oyunda dubla imza atmışdı. O, həmin matçdan əvvəl də təxminən bir ay yarım zədə səbəbindən meydana çıxmamışdı.

“İnter” növbəti oyununu 12 aprel bazar günü səfərdə “Komo”ya qarşı keçirəcək.







İtaliya S.A.

"Ximenesə komandada yer axtarıram"
  • İtaliya S.A.
  • 21:25 10.04.2026
"Ximenesə komandada yer axtarıram"