28 may 2026. Cümə axşamı

“Ən yaxşı formasına qayıdacaq”


“Ən yaxşı formasına qayıdacaq”

İtaliyanın “Milan” klubunun mərkəz yarımmüdafiəçisi Adriyen Rabyo komanda yoldaşı Rafael Leao barədə fikirlərini bölüşüb və portuqaliyalı futbolçunun hazırkı forması ilə bağlı danışıb.

90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, Leao çalışmağa davam etməklə ən yaxşı formasına qayıdacaq:

“Bəlkə də indi onun üçün daha çətindir, amma biz ona inam verməliyik – həm biz, həm də azarkeşlər. O, “Milan” üçün həmişə vacib oyunçu olub və indi də belədir”

Qeyd edək ki, Rabyo daha əvvəl “Udineze” ilə oyunda (0:3) azarkeşlərin fitə basmasından sonra komanda yoldaşını dəstəkləmişdi.

Cari mövsümdə Rafael Leao bütün turnirlərdə 26 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.







İtaliya S.A.

Nikola Pas “Komо”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:33 26.05.2026
Nikola Pas “Komо”da qalmaq istəyir
Antonio Konte “Napoli”dən ayrıldı
  • İtaliya S.A.
  • 23:45 24.05.2026
Antonio Konte “Napoli”dən ayrıldı