12 aprel 2026. Bazar günü

“Cenoa”dan çətin qələbə


 “Cenoa”dan çətin qələbə

İtaliya A Seriyasının 32-ci turunda “Cenoa” öz meydanında “Sassuolo”nu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb.

Genuya təmsilçisi hesabı 18-ci dəqiqədə açıb. Rəqib futbolçu Ruslan Malinovski avtoqol müəllifi olub. Qolda assisti Tommaso Baldanzi edib.

Qonaqlar 57-ci dəqiqədə İsmaël Konenin qolu ilə tarazlığı bərpa ediblər. Lakin “Cenoa” matçın sonlarında Kaleb Ekubanın qolu ilə qələbəni təmin edib.

Görüşün sonlarında hər iki komanda azlıqda qalıb. “Sassuolo”dan Domeniko Berardi, “Cenoa”dan isə Mikael-Egil Ellertsson qırmızı vərəqə alıb.

Bu qələbədən sonra “Cenoa” xallarının sayını 36-ya çatdıraraq turnir cədvəlində 13-cü pilləyə yüksəlib. “Sassuolo” isə 42 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, komandalar arasında birinci dövrədə keçirilən oyunda da “Cenoa” 2:1 hesabı ilə qalib gəlmişdi.







İtaliya S.A.

“Napoli”dən xal itkisi
  • İtaliya S.A.
  • 19:15 12.04.2026
“Napoli”dən xal itkisi
"Yuventus" həyatımı xilas etdi"
  • İtaliya S.A.
  • 18:37 12.04.2026
"Yuventus" həyatımı xilas etdi"
 “Cenoa”dan çətin qələbə
  • İtaliya S.A.
  • 18:26 12.04.2026
“Cenoa”dan çətin qələbə
“Ən yaxşı formasına qayıdacaq”
  • İtaliya S.A.
  • 16:59 12.04.2026
“Ən yaxşı formasına qayıdacaq”
“Bunu aylardır deyirdim”
  • İtaliya S.A.
  • 23:24 11.04.2026
“Bunu aylardır deyirdim”
"Ximenesə komandada yer axtarıram"
  • İtaliya S.A.
  • 21:25 10.04.2026
"Ximenesə komandada yer axtarıram"