14 avqust 2026. Cümə

“Roma” 7 oyunçu ilə yolları ayırır


“Roma” 7 oyunçu ilə yolları ayırır

İtaliyanın “Roma” klubu heyətində ciddi dəyişikliklərə hazırlaşır.

90deqiqe.Azn "Corriere dello Sport"a istinadən məlumatına görə, klub rəhbərliyi gələn mövsüm komandanı kimin çalışdıracağından asılı olmayaraq, kollektivdə genişmiqyaslı yenilənmə aparmağı planlaşdırır.

Artıq yayda klubdan ayrılacağı dəqiq hesab edilən 7 futbolçunun siyahısı hazırlanıb. Həmin oyunçular Artom Dovbik, Stefan El-Şaaravi, Brayan Saragoza, Lorenzo Venturino, Evan Ferqyuson, Kostas Tsimikas və Zeki Çelikkdir.

Bununla yanaşı, Paulo Dibala, Devayn Renş, Anxelino və Lorenzo Pelleqrininin gələcəyi də qeyri-müəyyən olaraq qalır.

Maliyyə qaydalarına uyğunlaşmaq üçün klubun Kvadio Kone və Evan Ndikanı da satışa çıxara biləcəyi bildirilir. Qeyd olunur ki, bu futbolçulara böyük maraq var.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"