1 iyun 2026. Bazar ertəsi

“Komo” prezidentindən azarkeşlərə sərt xəbərdarlıq - “Belələri arzuolunan deyil”


“Komo” prezidentindən azarkeşlərə sərt xəbərdarlıq  -  “Belələri arzuolunan deyil”

İtaliya çempionatının oyununda “Komo”nun “İnter” klubuna 3:4 hesabı ilə məğlub olmasından sonra klubun prezidenti Mirvan Suvarso açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, o, xüsusilə öz komandasının bəzi azarkeşlərinin davranışından narazı qaldığını bildirib.

“Yekun nəticəyə baxmayaraq, komandamızla qürur duyuram. Futbolçular meydanda sonadək mübarizə apardılar və yüksək səviyyədə çıxış etdilər. Lakin oyunumuzla bağlı qürur hissim, qarşı tərəfin nümayəndə heyətinə münasibətdə xüsusi lojalarda olan bəzi şəxslərin davranışından doğan məyusluğumu üstələyə bilmir. Başa düşürəm ki, futbol güclü emosiyalar yaradır, amma biz kim olduğumuzu heç vaxt unutmamalıyıq”, – deyə o bildirib.

Suvarso əlavə edib ki, klubun bütövlüyü və ümumilikdə liqanın inkişafı qarşılıqlı hörmətdən asılıdır: “Bunu qəbul etməyən şəxslər burada arzuolunan deyil”.

Hazırda “Komo” 59 xalla beşinci pillədə qərarlaşıb, “İnter” isə 75 xalla turnir cədvəlinə başçılıq edir.







İtaliya S.A.

“Onun getmək üçün səbəbi yoxdur”
  • İtaliya S.A.
  • 15:20 28.05.2026
“Onun getmək üçün səbəbi yoxdur”
Nikola Pas “Komо”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:33 26.05.2026
Nikola Pas “Komо”da qalmaq istəyir