31 may 2026. Bazar günü

“İnter” Kivu ilə bağlı qərarını verdi


“İnter” Kivu ilə bağlı qərarını verdi

“İnter” baş məşqçi Kristian Kivu ilə bağlı qərar verib.

90deqiqe.Az-ın “Foot Mercato”ya istinadən məlumatına görə, Milan təmsilçisi rumıniyalı mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətindədir və hətta onunla müqavilənin uzadılması da gündəmdədir.

Məlumata görə, “neradzurri” yalnız bir halda baş məşqçi dəyişikliyinə gedə bilər — əgər Dieqo Simeonenin komandaya gətirilməsi üçün razılıq əldə ediləcəyi təqdirdə bu reallaşacaq.

Simeonenin təyinatı “İnter” rəhbərliyinin əsas arzusu hesab olunur. Bildirilir ki, klub nümayəndələri artıq argentinalı mütəxəssislə ilkin əlaqə də saxlayıblar.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. O, 1997–1999-cu illərdə futbolçu kimi də “İnter”də çıxış edib.

Hazırda “İnter” İtaliya A Seriyasında liderdir və ən yaxın izləyicisini 9 xal qabaqlayır.







İtaliya S.A.

“Onun getmək üçün səbəbi yoxdur”
  • İtaliya S.A.
  • 15:20 28.05.2026
“Onun getmək üçün səbəbi yoxdur”
Nikola Pas “Komо”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:33 26.05.2026
Nikola Pas “Komо”da qalmaq istəyir
Antonio Konte “Napoli”dən ayrıldı
  • İtaliya S.A.
  • 23:45 24.05.2026
Antonio Konte “Napoli”dən ayrıldı