16 aprel 2026. Cümə axşamı

“Yuventus”un hücumçusu 4–5 həftə oynamayacaq


“Yuventus”un hücumçusu 4–5 həftə oynamayacaq

“Yuventus”un hücumçusu Arkadiuş Milik yenidən zədələnib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hadisə 14 apreldə keçirilən məşq zamanı baş verib.

Tibbi müayinələr polşalı futbolçunun sağ ayağının bud nahiyəsində ikibaşlı əzələnin dartılması olduğunu müəyyən edib. Klubun açıqlamasında qeyd olunub ki, təxminən 10 gün sonra əlavə müayinələr aparılacaq və futbolçunun bərpa müddəti dəqiqləşdiriləcək.

32 yaşlı hücumçu artıq təxminən 2 ildir xroniki zədələrlə mübarizə aparır və bu səbəbdən tam gücü ilə çıxış edə bilmir. Cari mövsümdə o, cəmi 2 oyunda 34 dəqiqə meydanda olub.

İlkin proqnoza əsasən, Milik 4–5 həftə yaşıl meydanlardan kənar qalacaq.







İtaliya S.A.

"İnter" hələ çempion deyil"
  • İtaliya S.A.
  • 23:49 13.04.2026
"İnter" hələ çempion deyil"
“Napoli”dən xal itkisi
  • İtaliya S.A.
  • 19:15 12.04.2026
“Napoli”dən xal itkisi