31 may 2026. Bazar günü

İtaliano “Napoli”ni çalışdıra bilər


İtaliano “Napoli”ni çalışdıra bilər

“Bolonya” klubunun baş məşqçisi Vinçentso İtaliano digər komandaların diqqət mərkəzinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, 48 yaşlı mütəxəssislə xüsusilə “Napoli” maraqlanır. Neapol təmsilçisinin bir neçə ildir italiyalı çalışdırıcının fəaliyyətini izlədiyi bildirilir.

Bununla yanaşı, “Bornmut” və “Milan” da İtalianonun xidmətində maraqlı olan klublar sırasındadır.

Qeyd edək ki, mütəxəssisin “Bolonya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Vinçentso İtaliano 2024-cü ildən “Bolonya”ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında ötən mövsüm İtaliya Kubokunun qalibi olub.

Hazırda “Bolonya” İtaliya A Seriyasında 32 turdan sonra topladığı 48 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.







İtaliya S.A.

“Onun getmək üçün səbəbi yoxdur”
  • İtaliya S.A.
  • 15:20 28.05.2026
“Onun getmək üçün səbəbi yoxdur”
Nikola Pas “Komо”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:33 26.05.2026
Nikola Pas “Komо”da qalmaq istəyir