- İtaliya S.A.
- 23:16 17.04.2026
İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçi və komandanın kapitanı Manuel Lokatelli ilə müqaviləni uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, təcrübəli futbolçu 2030-cu ilin yayına qədər Turin təmsilçisinin uğurları üçün çalışacaq.
“Onun gəlişindən bəri göstərdiyi liderlik və ‘Yuventus’ ruhu klubun dəyərlərinə tam uyğundur. Bu addım bizim idman layihəmizin davamlılığını təmin etmək üçün vacibdir”, – deyə klubun baş icraçı direktoru bildirib.
Qeyd edək ki, Manuel Lokatelli Turin təmsilçisinin heyətində indiyədək 224 oyuna çıxıb, 9 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.